AZ

10 gün əvvəl hamamda yıxılan kişi xəstəxanada öldü

Şəkidə 65 yaşlı kişi xəstəxanada vəfat edib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılaraq kəllə-beyin travması alıb.

Ağır xəsarət alan Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gün aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
6
day.az

10Mənbələr