RU

“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

“Bankın dayanıqlılığı üzrə əsas göstəricilərdən biri onun nizamnamə kapitalının məbləğidir. Biz “AFB Bank”ın nizamnamə kapitalının artırılması üçün səhmdarlar ilə bu istiqamətdə müzakirələr aparmışıq. Növbəti illərdə nizamnamə kapitalının artırılması da nəzərdə tutulur”.

Bunu Marja.az-a “AFB Bank” ASC-nin İdarə Heyətin sədri Amid Qənbərov bildirib.

Bankın sədri, “Hazırkı mərhələdə nizamnamə kapitalının artırılmasını səhmdarlardan istəməmişik” deyərək əlavə edib:

“Çünki Bankın müəyyən sərbəst vəsaitləri var, biz onun hesabına məhsullarımızı təqdim edə bilirik. Həm də qiymətli kağızlar bazarının nəbzini yoxladıq, gördük ki, vəsait cəlb edə bilirik.

Depozitlərdən başqa bankın vəsait cəlb edə biləcəyi alətlərdən biri də istiqrazlardır. Keçən il biz bazarın nəbzini yoxlamaq üçün 5 milyon manat həcmində istiqraz buraxdıq və qısa müddətdə uğurla yerləşdirildi. Bu da bizi 2026-cı və növbəti illərdə istiqraz buraxılışına xüsusi yer ayırmağa həvəsləndirib”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
1
marja.az

2Источники