RU

Rusiya ordusu Odessanı PUA-lardan atəşə tutub, xəsarət alanlar var

Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə kütləvi PAU hücumu nəticəsində infrastruktura külli miqdarda ziyan dəyib, hücumlar bir neçə yerdə yanğınlara səbəb olub.

APA xəbər verir ki, bu barədə Odessa şəhər hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

O hücum nəticəsində Odessada elektrik enerjisi, istilik və su təchizatında ciddi fasilələr yarandığını bildirib.

Kiper PUA hücumları nəticəsində ilkin məlumata görə dörd nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Избранный
25
4
apa.az

5Источники