RU

Lökbatanda yaşayış binasında yanğın baş verdi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayışbinasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəliyaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsindəquraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğıngenişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədənqısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açaryanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmışmənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfərxilas edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləritəxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə edilib.

Избранный
26
25
az.trend.az

10Источники