AZ

Lökbatanda baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib - Yenilənib

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi 32 ünvanında baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.Bu barədə APA xəbər verir.

Zəhərlənənlər 1971-ci il təvəllüdlü Həsənova Gülər Həsən qızı, 2004-cü il təvəllüdlü Xəlilova Nərmin Vüqar qızı və 2024-cü il təvəllüdlü Xəlilova Elza Şahmaz qızıdır.

Onların hazırda Kliniki Tibbi Mərkəzdə müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

***

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Seçilən
18
3
anews.az

10Mənbələr