RU

"Qarabağ"ın oyunu təxirə salındı

"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi”  - “Qarabağ” oyunu təxirə salınıb.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) baş tutacaq matça hazırlaşmaq məqsədilə müvafiq müraciəti ünvanlamışdı. "Qarabağ" və "Nyukasl" qarşılaşması fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Избранный
24
6
ucnoqta.az

10Источники