AZ

"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı

"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Misli premyer-liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi”- “Qarabağ” oyunu təxirə salınıb.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı hələlik məlumat açıqlanmayıb.

Xatırladaq ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) baş tutacaq matça hazırlaşmaq məqsədilə müvafiq müraciəti ünvanlamışdı. "Qarabağ" və "Nyukasl" qarşılaşması fevralın 18-də, saat 21.45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
19
6
football-plus.az

10Mənbələr