18 yaşadək futbolçulardan ibarət millimiz fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.
"Football-plus.az" xəbər verir ki, toplanış Milli Komandaların Təlim-Məşq Mərkəzində olacaq. Fevralın 17-dən 24-dək isə komanda Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək.
Turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
19 fevral
13.50. Azərbaycan – Rusiya
20 fevral
14.20. Azərbaycan – Özbəkistan
21 fevral
16.40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта