18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 13-dən 16-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək, fevralın 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
19 fevral
13:50. Azərbaycan – Rusiya
20 fevral
14:20. Azərbaycan – Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta