RU

Qurban Qurbanov: Sağlam qidanın nəticələrimizdə çox böyük rolu var VİDEO

Bakı, 12 fevral, Aynur Əlixanlı, foto Azər İbrahimov, video Namiq Abdullayev, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olmaq və ətraflı məlumat əldə etmək mənim üçün çox xoş oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, idmançıların sağlamlığının önəmindən danışıb: “Sağlam qidalara çox ehtiyacımız var. Bu, oyunçuların bərpası üçün fiziki gücdən sonra ən vacib amildir. İnstitutun İdarə Heyətinin sədri Əli Nəbiyevlə söhbətlərimizdə də həmişə futbolçuların qidasının sağlam olmasının vacibliyi barədə danışırıq. Oyunçular bunun faydasını görürlər. Sağlam qidanın bizim nəticələrimizdə çox böyük rolu var”.

Избранный
13
3
azertag.az

4Источники