RU

Rusiyaya giriş niyə çətinləşib?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB-nin) Sərhəd Xidmətinin məlumatlarına görə, 2025-ci ildə Rusiyaya edilən xarici girişlərin sayı əvvəlki illə müqayisədə təxminən 1 milyon azalaraq 15,6 milyona düşüb.

"Cebheinfo.az" xəbər verir ki, 2024-cü ildə bu rəqəm 16,7 milyondan çox idi. Bu azalma ölkənin son bir neçə ildə getdikcə sərtləşdirdiyi miqrasiya siyasəti və beynəlxalq gərginliklərlə izah olunur.

2025-ci ildə Rusiyaya ən çox giriş edən vətəndaşların başında, ənənəvi olaraq, qonşu ölkələr və Orta Asiya respublikaları gəlir.

Ən çox ziyarət edən ilk 10 ölkə belə sıralanıb: 

1. Qazaxıstan, 2. Özbəkistan, 3. Çin, 4. Qırğızıstan, 5. Abxaziya (Rusiya tərəfindən müstəqil dövlət kimi tanınır), 6. Tacikistan, 7. Ermənistan, 8. Belarus, 9. Azərbaycan, 10. Monqolustan.

Statistikadakı maraqlı bir detal budur ki, ən çox ziyarət edən ölkə olan Qazaxıstan vətəndaşlarının böyük əksəriyyəti səyahət məqsədini "şəxsi ziyarət" kimi qeyd edib.

Digər tərəfdən, Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarının 2025-ci ilin ilk doqquz ayındakı girişlərində ən çox qeyd etdikləri məqsəd "işləmək" olub. Lakin FSB-nin günclə məlumat bazasında "iş" və "təhsil" kimi kateqoriyalar artıq ayrıca siyahıya alınmır.

Turizm məqsədli girişlərdə isə Çin mütləq liderdir. 2025-ci ildə 834 min Çin vətəndaşı Rusiyaya turist kimi gəlib. Onu 75 min nəfərlə Səudiyyə Ərəbistanı izləyir. Bu, Körfəz ölkələrindən gələn turist potensialının böyüklüyünə işarə edir.

Ekspertlər Rusiyaya girişlərdəki azalmanın arxasında 2025-ci ildə qüvvəyə minən və miqrantları hədəf alan bir sıra yeni məhdudlaşdırıcı tədbirlərin dayandığını bildirirlər.

Bu tədbirlərə aşağıdakılar daxildir:

90 gün qaydası: Vizasız ölkə vətəndaşları (keçmiş Sovet respublikaları daxil olmaqla) artıq ildə toplam 90 gün Rusiyada qala bilərlər. Əvvəllər bu müddət ardıcıl 180 gün idi.

"Nəzarət edilən şəxslər" siyahısı: 2025-ci ilin fevralında yaradılan bu qeydiyyat sisteminə miqrasiya və ya digər qanunları pozan əcnəbilər daxil edilir. Siyahıya düşmək bank hesablarının və SİM kartların bloklanması, həmçinin ölkədən deportasiya edilmə riski daşıyır.

Coğrafi izləmə tətbiqi: 2025-ci ilin sentyabrından etibarən Moskva və Moskva vilayətindəki miqrantlardan yerlərini izləyən mobil tətbiqdən istifadə etmələri tələb olunur. Bu təqibdən yayınmağa çalışmaq da "nəzarət siyahısına" düşmək üçün əsas sayılır.

Bu siyasətin nəticəsi olaraq, Rusiya Daxili İşlər Nazirliyinin (MVD) məlumatlarına görə, 2026-cı ilin əvvəli etibarilə Rusiya ərazisindəki əcnəbilərin sayı əvvəlki illə müqayisədə 10% azalaraq 5,7 milyona düşüb.

Rəqəmlər Rusiyanın "miqrant axınını nəzarət altına alma və tənzimləmə" siyasətinin real təsirini göstərir. Xüsusilə vizasız qalma müddətinin yarıbayarı azaldılması çox sayda mövsümi işçi və tacirin hərəkət imkanlarını məhdudlaşdırıb. Turizmdə Çinin liderliyi isə Asiya bazarlarından asılılığı və Qərb turistlərinin yoxluğunu vurğulayır.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
108
1
cebheinfo.az

2Источники