RU

Kaladze: “O yanımda Putinə zəng etdi və...”

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tiflis meri 2008-ci ildə Berluskoninin Putinə zəngi ilə müharibənin dayandırılmasına kömək etdiyini açıqlayıb

Gürcüstanın hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze iddia edir ki, İtaliyanın "Milan" klubunda oynayarkən 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin bitməsində əsas rol oynayıb. AYNA.AZ xəbər verir ki, həm də keçmiş futbolçu olan Kaladze bu barədə İtaliyanın "La Gazzetta dello Sport" qəzetinə verdiyi müsahibədə deyib.

Kaladzenin sözlərinə görə, o İtaliyanın o vaxtkı Baş naziri Silvio Berluskoni ilə yaxın münasibətlərindən istifadə edərək, ondan 17 il əvvəl Rusiya hökumətinə rəhbərlik edən Vladimir Putinə zəng etməsini istəyib.

"2008-ci ildə Gürcüstanda müharibə baş verdi və vəziyyət çox ağır idi. Putinlə yaxşı münasibətlərini bildiyim üçün Berluskoninin yanına getdim və nəsə edə bilib-bilməyəcəyini soruşdum. O yanımda Putinə zəng etdi və tezliklə sülh imzalandı. Mənim üçün Silvio sadəcə əla prezident, iş adamı və siyasətçi deyildi. Ən əsası, mənim üçün o əla insan idi", - Kaladze bildirib.

Qeyd edək ki, Berluskoni on illər "Milan"a sahib olub və Kaladze təxminən on il komanda ilə birlikdə bir neçə İtaliya çempionluğu, Çempionlar Liqası və digər kuboklar qazanıb.

2008-ci ildə Berluskoninin Rusiya-Gürcüstan müharibəsi ilə bağlı şərhləri Qərb siyasətçisi üçün qeyri-adi idi: o Rusiyanın hərəkətlərini Gürcüstanın təxribatlarına cavab adlandırır, Qafqazdakı hadisələrlə bağlı "dezinformasiyanı" tənqid edir və əslində Moskvanın mövqeyini dəstəkləyirdi. Bu, Tiflisin kəskin reaksiyasına və Gürcüstan hakimiyyətinin diplomatik narazılığına səbəb olmuşdu.

Xatırladaq ki, 2008-ci ilin avqustunda beş günlük müharibəyə son qoyan Gürcüstan və Rusiya arasında faktiki atəşkəs müqaviləsi 12 avqust 2008-ci ildə Berluskoninin iştirakı olmadan imzalanıb. Prezident Nikola Sarkozinin rəhbərlik etdiyi Fransa vasitəçi kimi çıxış etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
ayna.az

1Источники