RU

Gəncədə həllini tapmayan ekoloji problemlər- RƏSMİ QURUMLAR İSƏ MƏSƏLƏYƏ BİGANƏ YANAŞIR

Son dövrlərdə Azərbaycan regionları içərisində ekoloji problemlərdə adı daha çox hallanan ərazilər Gəncə şəhəri, Daşkəsən rayonu və Goranboy rayonlarıdır. 
Bolgexeber.az Ekologiya.az-a istinadla bildirir ki, sözü gedən ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya İdarəsinin nəzarətində olan ərazilərdir. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə olan vəziyyət narahatlıq yaradır. Şəhərdə aparılan bir sıra müşahidələr göstərir ki, məişət tullantılarının ərazilərə açıq formada atılması və onların təmizlənməməsi ekoloji problemlər yaradır. Mətbuatda yayılan digər bir məlumatda qeyd olunub ki, şəhərdə zavodların tullantılarının axar sulara axıdılması və tüstülərin havaya buraxılması faktlarıda var. Park və yaşıllıq ərazilərdə isə ağacar baxımsızlıq ucbatından artıq quruyub.  Küçə və prospektlərdə ağacların budama adı altında məhv edilməsi faktları da gözümüzdən yayınmadı.Dəfərlərlə bu məsələ ilə bağlı  10 saylı Regional Ekologiya İdarəsinə müraciət olunsa da heç bir məsələ öz həllini tapmayıb. Görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya idarəsinin rəisi  və əməkdaşları bu problemlərə niyə biganə yanaşır? Bu isə sadəcə maraq doğurur. 
Adı çəkilən qurum və şəxslərin mövqeyini dinləməyə hazırıq.

Избранный
5
1
onn.az

2Источники