RU

Çağdaş Atan “Konyaspor” tarixinə antirekordçu kimi düşdü

Türkiyə futbolundan yenə istefa xəbəri var.

"Football-plus.az" xəbər verir ki, mövsümə yaxşı başlamasına baxmayaraq, sonradan ciddi eniş yaşayan və heç cür böhrandan çıxa bilməyən “Konyaspor” Çağdaş Atanla yollarını ayırıb.

Bu istefa çoxdan gözlənilirdi. Çünki Atanın təyinatından bəri Konya klubunda heç bir irəliləyiş hiss olunmurdu. “Ağ-yaşıllar” Rəcəp Uçarın istefasından sonra noyabrın 6-da məhz Çağdaş Atanla anlaşmışdılar. Həmin vaxt komanda 8-ci pillədə idisə, hazırda 14-cü pillədədi. Səbəb isə odu ki, “Konyaspor” bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi 9 superliqa matçının hamısında qələbəyə həsrət qaldı (5 heç-heçə, 4 məğlubiyyət).

Ümumiyyətlə, “Konyaspor” tarixində buna qədər ilk 9 oyunda qələbə sevinci yaşamayan baş məşqçi olmamışdı! Daha öncə “Alanyaspor”, “Kayserispor” və “İstanbul BŞ”ni də çalışdırmış 45 yaşlı Atan beləcə Konyanı böyük bir fiasko ilə tərk etməli oldu. Bir ara “Konyaspor”un Abdulla Avcını dəvət edə biləcəyi ilə bağlı iddialar var idi. Amma klub İlhan Palutla danışıqlara başladığını rəsmən açıqlayıb. Bu mövsümə “Çaykur Rizəspor”da başlayan və bir neçə həftə öncə istefa verən 49 yaşlı Palut daha öncə 2021-23-cü illərdə “Konyaspor”u çalışdırıb.

Избранный
59
1
football-plus.az

2Источники