RU

Yunan nazirdən Türkiyə ilə bağlı mühüm bəyanat: "Biz etməsək, kim edəcək?"

Yunanıstan xarici işlər naziri George Yerapetritis Yunanıstan mediasına Türkiyə ilə balğlı diqqətçəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki,yunan nazir Türkiyədə Yunanıstan baş naziri Kiriakos Mitsotakis ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşü qiymətləndirib.

Yerapetritis son illərdə ikitərəfli münasibətlərin əsasını təşkil edən siyasi dialoqun, müsbət gündəliyin və etimadqurucu tədbirlərin mühüm nəticələr verdiyini vurğulayıb. Qeyd edib ki, əsas problemlər hələ də həllini gözləsə də, iki ölkə arasında funksional mehriban qonşuluq münasibətləri inkişaf etdirilir.

O, ikitərəfli münasibətlərdəki çətin məsələlərin həlli üçün hələ danışıqlar çərçivəsinin qurulmadığını vurğulayıb: "Ortaq fikir budur ki, münasibətlərimizdə gərginliyimizi idarə edə və kommunikasiya kanallarından istifadə edə biləcəyimiz qənaətbəxş səviyyədəyik. Digər tərəfdən, bu, daha çətin məsələlərə doğru irəliləməyimiz üçün uyğun şərait yaradır".

Yerapetritis hər iki liderin ikitərəfli münasibətlərdə normallaşma və problemləri həll etmək üçün addımlar atmağa hazır olduqlarını ifadə edərək, "Biz etməsək, kim edəcək?" ifadəsini səsləndirib.

Избранный
12
1
publika.az

2Источники