“Makine ve Kimya Endüstrisi” (MKE) WDS-2026 sərgisində Səudiyyə Ərəbistanının “Saudi Chemical Company Limited” şirkəti ilə mərmi istehsalında istifadə olunan partlayıcı xammal və enerji materiallarının birgə istehsalı və satışına dair Anlaşma Memorandumu imzalayıb.
Bu barədə “Poliqon”a “Makine ve Kimya Endüstrisi” şirkətindən məlumat verilib.
Bundan əlavə, MKE-nin Səudiyyə Ərəbistanı ilə davam edən digər əməkdaşlıqları da mövcuddur.
Səudiyyə Ərəbistanının SAMI dövlət şirkəti ilə MKE arasında keçən il əldə olunan müqavilə çərçivəsində Səudiyyə Ərəbistanında patron və mərmi istehsal xətləri qurulacaq. Sazişə əsasən, qurulacaq xətlərin avadanlıqları MKE tərəfindən təmin olunacaq və türk mühəndisləri istehsal prosesində texniki dəstək göstərəcək.
Avropa, Amerika, Asiya və Afrika da daxil olmaqla 4 qitədə 9 ölkədə mərmi istehsal müəssisələrinin qurulmasını həyata keçirən MKE, ən son 2025-ci ildə Monqolustan və İordaniyada mərmi istehsal xətlərinin quraşdırılmasını tamamlayıb.
Həmçinin sahədəki performansı, yüngüllüyü və yüksək hərəkət qabiliyyəti ilə seçilən 105 mm-lik BORAN haubitsasının Səudiyyə Ərəbistanına ixracı üzrə danışıqlar da davam edir. Razılaşma təmin olunarsa, 42 ədəd BORAN haubitsası Səudiyyə Ərəbistanına ixrac ediləcək.
MKE tərəfindən inkişaf etdirilən BORAN, Türkiyənin ilk xaricə haubitsa ixracı çərçivəsində 2024-cü ildə Banqladeşə təhvil verilib və mühüm bir mərhələni arxada qoyub. BORAN, 2025-ci ildə Şimali Makedoniya ilə əldə edilən anlaşma ilə Avropa bazarına çıxaraq strateji bir uğura imza atıb.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */

