Bakı, 12 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının XXII turunda keçiriləcək “Trabzonspor” – “Fənərbağça” oyununun hakimi bəlli olub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşünü FIFA referisi Halil Umut Meler idarə edəcək.
Qeyd edək ki, fevralın 14-də oynanaılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.