RU

Qənimət Zahidovun da səsyazısı yayıldı VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Jurnalist Qənimət Zahidovun xarici ölkələrin xüsusi xidmət orqanları ilə danışığının səs yazısı yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsiziyi Xidmətinin bu gün yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, Qənimət Zahidov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
4
www.bakupost.az

9Источники