AZ

Qənimət Zahid 2013-cü ildə Azərbaycanı KTMT-yə üzv etmək vədini verib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət TəhlükəsizliyiXidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayətəməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

Trend xəbərverir ki, DTX-nin məlumatında Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) üzvü Zayıdov Qənimət Səlim oğlunun AXCP-nin sədri KərimliƏli Əmirhüseyn oğlunun adından xarici ölkənin xüsusi xidmətorqanlarının nümayəndələri ilə apardığı danışıqların səs yazısıyayılıb.

Belə ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən ƏliKərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarınınnümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onunAzərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusixidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarındanistifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycandaxarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkretdetallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimlihakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələliqaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzvolacağı barədə razılaşıblar.

Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davametdirilir.

Xəbər yenilənəcək

Seçilən
69
5
az.trend.az

9Mənbələr