RU

Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SƏBƏBİ BİLİNDİ

“Narahat olan dostlar və media nümayəndələri müraciət edib Gültəkin xanımla əlaqə saxlamaq istəyirlər. Deport olunarkən telefonu Türkiyədə təhsil alan oğlunda qalıb, ona görə də bir müddət telefon əlaqəsi mümkün olmayacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, hazırda Fransada yaşayan Fuad Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, sabiq deputat Gültəkin Hacıbəyli Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında miqrasiya xidməti əməkdaşları tərəfindən qarşılanıb və sonrra da sərbəst şəkildə evinə gedib.

“Əsas odur ki, yaxşıdır və evdədir. Əlavə bir gəlişmə olsa məlumat veriləcək”, - F. Qəhrəmanlı vurğulayıb.

Xatırladaq ki, G.Hacıbəyli 2025-ci il noyabrın 30-da Türkiyədə saxlanılıb. Siyasətçi Arnavutköy deportasiya mərkəzinə aparılmışdı. Keçmiş deputat fevralın 12-də Azərbaycana deportasiya olunub.

Onun adının Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə iddialar vardı. Lakin Dövlət Təhlükəsizliyi Xidmətinin fevralın 12-də Ramiz Mehdiyev, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digərləri barədə yaydığı məlumata əksini tapmayıb.


Telegram kanalımız
Избранный
156
1
yenisabah.az

2Источники