RU

Dieqo Simeone İngiltərə yolunda - Danışıqlar başladı

"Atletiko Madrid"in baş məşqçisi Dioqo Simeone İngiltərədə çalışa bilər. 

Fanat.Az xəbər verir ki, baş məşqçi axtarışlarını davam etdirən "Tottenhem" rəhbərliyi argentinalıya elçi düşüb. 

"Indykaila News"-un məlumatına görə, bu həftə postundan qovulan Tomas Frankın yerinə Simeoneni dəvət edib.

55 yaşlı argentinalı mütəxəssisin nümayəndələri onun hazırda "Tottenhem"i idarə etməyə hazır olmadığını, lakin Madrid klubu ilə müqaviləsi başa çatdıqdan sonra, gələn yaydan etibarən istənilən iş təklifini nəzərdən keçirə biləcəyini bildiriblər. Hotspurlular müzakirələri davam etdirirlər.

Dieqo Simeone 2011-ci ildən bəri İspaniya nəhənginin baş məşqçisidir.

"Tottenhem" İngiltərə Premyer Liqasında 26 turdan sonra 29 xalla 16-cı yerdədir.

Mirağa

Избранный
84
1
fanat.az

2Источники