RU

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı » AzadMedia.az


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı


Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində svetoforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.
Избранный
89
14
azadmedia.az

10Источники