RU

İran səmasında ABŞ təyyarələri göründü

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dronu müşahidə edilib. 

Milli.Az xəbər verir ki, uçuş məlumatlarına əsasən xəbər verir ki, dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon sualtı qayıq əleyhinə təyyarəsi və MQ-4C Triton kəşfiyyat pilotsuz təyyarəsi İran sərhədi yaxınlığında dövrə vurub.

Təyyarə Bəhreyndən yola düşərək Hörmüz boğazı üzərindən dövrə vurub, PUA isə Əbu-Dabidən Oman körfəzinə doğru hərəkət edib.

Xatırladaq ki, bu həftə ABŞ-İran danışıqlarının yeni mərhələsi planlaşdırılır. Tramp əvvəllər yalnız İranı nüvə və raket proqramlarından məhrum edən bir razılaşma ilə kifayətlənəcəyini bildirmişdi.

Milli.Az

Избранный
46
milli.az

1Источники