RU

Əl İttihad ın baş məşqçisi Avropaya geri qayıtmağa hazırlaşır

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunu çalışan portuqaliyalı məşqçi Serxio Konseysao Avropaya geri qayıda bilər.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "Marsel" portuqaliyalı mütəxəssislə danışıqlar aparır.

Roberto De Zerbini istefaya göndərən Fransa klubu Konseysaodan müsbət cavab almasa, “Renn”in çalışdırıcısı Hebib Beyeyə rəsmi təklif göndərəcək.

Konseysao “Porto” ilə 3 dəfə Portuqaliya çempionu, 4 dəfə ölkə kubokunu və 3 dəfə Superkuboku qazanıb.

O, həmçinin İtaliya Super Kubokunun qalibidir. 51 yaşlı məşqçinin Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
2
sportal.az

3Источники