Qırğızıstan Parlamentinin sədri Nurlanbek Turgunbek uulu istefa verib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
"Ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, bir və ya iki nəfərə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm: mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü istefa vermək qərarına gəldim. Bu, mənim şəxsi qərarımdır və kənar təzyiq olmadan qəbul edilmiş qərardır", - Turqunbek uulu bildirib.
Spikerin istefası Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən alınmasından bəri müzakirə olunurdu.
Turqunbek uulu 17 dekabr 2025-ci ildə VIII Parlamentin sədri seçilib. O, həmçinin əvvəlki çağırışda ölkənin qanunvericilik orqanına rəhbərlik edib.