RU

Dövlət qurumlarında informasiya təhlükəsizliyi kadrlarının bacarıqları üçün yeni sistem yaradılıb (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən informasiyatəhlükəsizliyi sahəsində çalışan insan resurslarının inkişafı,peşəkar bilik və bacarıqların ölçülə bilən meyarlar əsasındaqiymətləndirilməsi, habelə sahə üzrə institusional biliklərinsistemli şəkildə idarə olunması məqsədilə İnsan Resurslarınınİntellektual Qiymətləndirmə Sistemi tətbiq edilib.

Trend xəbərverir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidməti (XRİTDX) məlumat yayıb.

Bildirilib ki, yeni sistem dövlət qurumlarında informasiyatəhlükəsizliyi və texnologiyaları istiqamətində fəaliyyət göstərənəməkdaşlarının peşəkar hazırlıq və bilik səviyyələrinin, peşəsəriştələrinin və funksional bacarıqlarının müasir qiymətləndirməalətləri vasitəsilə yoxlanılaraq qiymətləndirilməsini təmin edir.Qiymətləndirmə nəticələrinə əsasən sözügedən mütəxəssislərinmüvafiq səriştə səviyyələrinin yüksəldilməsi üçün uyğun təlimlərkeçirilərək nəticələrini əks etdirən sertifikatların təqdimolunması nəzərdə tutulur. Bu yanaşma sahə üzrə peşəkarstandartların vahid platforma üzərindən formalaşdırılmasına vəinsan resurslarının keyfiyyət göstəricilərinin institusionalsəviyyədə ölçülməsinə xidmət edir.

Sistemin təqdimatında iştirak edən XRİTDX-nin rəisigeneral-leytenant İlqar Musayev platformanın funksional imkanlarıilə tanış olub. Xidmət rəisi bildirib ki, təşəbbüsün əsas məqsədiqiymətləndirmə proseslərini yalnız rəqəmsal müstəviyə keçirməkdeyil, dövlət qurumlarında informasiya təhlükəsizliyi vətexnologiyaları sahəsində çalışan kadrların peşəkar səviyyəsininobyektiv meyarlarla müəyyən edilməsi, səriştə boşluqlarının dəqiqidentifikasiyası və inkişaf proseslərinin planlı şəkildə idarəolunmasıdır. O vurğulayıb ki, Sistem sahə üzrə vahid yanaşmanınformalaşmasına və peşəkar intizamın gücləndirilməsinə mühüm töhfəverir.

Eyni zamanda Sistem qiymətləndirmə mexanizmlərinin vahidstandartlar əsasında tənzimlənməsini, proseslərdə şəffaflığın vəhesabatlılığın artırılmasını, eləcə də insan resurslarının idarəolunmasında rəqəmsal və analitik yanaşmanın tətbiqini təmin edənkompleks platforma kimi fəaliyyət göstərir.

Bu çərçivədə, Sistem vasitəsilə aparılan qiymətləndirmənəticələrinə əsasən, dövlət qurumlarında müvafiq sahə üzrəfəaliyyət göstərən mütəxəssislərinin nəzəri və praktiki bilik vəbacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindənhədəfli təlim proqramlarının təşkili həyata keçirilir.

Qeyd edək ki, sistem vasitəsilə ilkin mərhələdə AzərbaycanRespublikasının Energetika Nazirliyi və Azərbaycan RespublikasınınStrateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyininmüraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiyatexnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahəüzrə bilik və bacarıq səviyyələri qiymətləndirilmişdir. HazırdaXRİTDX tərəfindən sözügedən qurumlarının sahə üzrə çalışanəməkdaşları üçün ikihəftəlik təlim proqramlarına başlanılmışdır.Təlimlər Bakı Ali Neft məktəbində yeni istifadəyə verilmiş“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında həyatakeçirilir.

Dövlət
Dövlət
Məqalədə:
Избранный
75
2
az.trend.az

10Источники