ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Lionel Messi zədələnib.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı hücumçu Ekvadorun “Barselona” kollektivi ilə yoldaşlıq matçında bud əzələsindən xəsarət alan futbolçuya əzələ dartılması diaqnozu qoyulub.

39 yaşlı forvardın məşqlərə başlayacağı tarix hələlik məlum deyil. 

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin iyun ayından “İnter Mayami”də forma geyinir.