RU

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub

G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur.

Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb.

Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb. Özünün sosial media hesabında verdiyi məlumata görə, Ankara məhkəməsi barəsində G-82 maddəsi — dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük ittihamı irəli sürülüb.

Xatırladaq ki, G-82 məhdudlaşdırma (təhdid) kodu milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən xarici vətəndaşlara tətbiq olunan koddur. Bu kod həmin şəxsin Türkiyəyə girişinə qadağa qoyur və Türkiyə ərazisində olduğu halda müddətsiz şəkildə deportasiya edilməsinə səbəb olur. (APA).

AzVision.az
Избранный
19
8
azvision.az

10Источники