Rusiyanın Volqoqrad vilayəti raket atəşinə tutulub.
APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, düşən raket qalıqları Müdafiə Nazirliyinin Kotluban qəsəbəsi yaxınlığında yerləşən obyektinin ərazisində yanğına səbəb olub.
Qəsəbə sakinlərinin təxliyə edildiyi qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukrayna tərəfinin 106 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.