RU

Makrondan Avropaya xəbərdarlıq: Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

"Amerikalı milyarder Elon Muska ABŞ federal agentlikləri tərəfindən həddindən artıq güzəşt edilir, subsidiyalar ayrılır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Belçikanın Antverpen şəhərində keçirilən Avropa Sənaye Zirvəsindəki çıxışında deyib.

Makron bildirib ki, Avropa nadir minerallara investisiya qoymalı və bu sahədə strateji ehtiyatlar yaratmalıdır: "Biz öz qitəmizi qorumalıyıq. Avropalılar müdafiə, kosmik təhlükəsizlik, süni intellekt və kvant hesablama kimi sektorlara kifayət qədər investisiya qoymaq istəyirlərsə, bu, ortaq borc sistemi vasitəsilə edilə bilər. Avropadan kənarda maliyyələşdirmə həlləri dəlilikdir. Çin və ABŞ həm dövlət, həm də özəl sektora investisiya qoyur, Avropanın isə bu baxımdan geridə qalıb. İndi dünya  peyk internet xidməti provayderi "Starlink"ə heyrandır. Amma açığı, cənab Mask, ehtimal ki, dünyada cibində Amerika vergi ödəyicilərinin milyardlarla dollarlıq pulu olan insanlardan biridir. Mask, əsasən, ABŞ-dakı federal qurumlar tərəfindən böyük miqdarda subsidiya alan bir insandır. Bu, yaxşı xəbərdir, o, son dərəcə innovativdir."

ABŞ-ın gözlənilməz iqtisadi gücə və idarəetməyə doğru inkişaf etdiyini iddia edən Makron Pekinə də mesaj verib: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir."

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
mia.az

1Источники