RU

Müğənni yarım milyon dollarlıq saat aldı: Özümə hədiyyəmdir

Müğənni Cardi B özünə 500 000 dollarlıq saat alıb.

Publika.az xəbər verir ki, ifaçı özünə aldığı lüks hədiyyəni "Isntagram"da nümayiş etdirib.

33 yaşlı reper "Audemars Piguet" saatını seçib. Saat ağ qızıldan hazırlanıb, üzəri çoxrəngli baget kəsimli dəyərli daşlarla və safir kristalı ilə bəzədilib.

"Özümə kiçik bir hədiyyə", - Cardi B yazıb.

Müğənninin lüks saatını nümayiş etdirməsi müzakirələrə səbəb olub.

Избранный
18
publika.az

1Источники