RU

“Ukraynanın 60 milyard avroya ehiyacı var” - Pistorius

“Ukraynanın cari il üzrə hərbi və mülki ehtiyaclarını qarşılamaq üçün 60 milyard avro həcmində xarici maliyyə yardımına ehtiyacı var”.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirlərinin planlı görüşü çərçivəsində bildirib.

Nazir qeyd edib ki, həm ikitərəfli milli mənbələrdən, həm də Aİ fondlarından gələn hər bir milyard avro Ukrayna üçün həyati əhəmiyyət kəsb edir:

“Ukraynaya kreditlər ayrıldıqdan sonra Aİ ölkələrinin öz müdafiə sənayesini dəstəkləmək üçün əlavə vəsaitlərə ehtiyacı olacaq”.

Qeyd edək, Aİ-nin 27 ölkəsindən 24-ü (Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla) Ukrayna üçün 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə mexanizmini artıq təsdiqləyib. Bu paketin üçdə biri Ukraynanın dövlət büdcəsinin maliyyələşdirilməsinə, qalan üçdə ikisi isə silah tədarükünə yönəldiləcək.

"Cebheinfo.az" 

Избранный
26
cebheinfo.az

1Источники