RU

“Atanı uşağa qolu qandallı göstərməyin” – Təsirli anlar

Bakı Apellyasiya Məhkəməsində baxılan cinayət işlərindən birində diqqət çəkən və duyğusal an yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vəkil Zaur Saadov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, bu gün iştirak etdiyi məhkəmə prosesindən birinə təqsirləndirilən şəxsin azyaşlı qızı da gəlib. Hakim Əli Məmmədov bunu görən kimi valideynə irad bildirib və uşağın zaldan çıxarılmasını tələb edib.

Hakimin bu tələbini əsaslandırarkən dediyi sözlər isə məhkəmə zalında olanları duyğulandırıb:

“Hər ata övladı üçün bir qəhrəmandır. Atanı qolu qandallı uşağa göstərməklə onun qəhrəmanını öldürməyin”.

Hakimin bu sözlərindən sonra azyaşlı məhkəmə zalından çıxarılıb.

Qeyd edək ki, Əli Məmmədov bir neçə ay əvvələ qədər Bakı Ağır Cinayətlər Məhkəməsində işləyib. O, əsasən çoxsaylı bəraət hökmləri ilə tanınır.

Избранный
10
3
nocomment.az

4Источники