RU

Qusar təmsilçiləri MMA üzrə ölkə birinciliyində yüksək nəticələr ƏLDƏ ETDİLƏR - FOTO

Bakı şəhərində yerləşən Sərhədçi Olimpiya İdman Mərkəzində MMA (qarışıq döyüş sənətləri) idman növü üzrə ölkə birinciliyi keçirilib. Yarışda respublikanın müxtəlif bölgələrindən olan gənc idmançılar qüvvələrini sınayıblar. 

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, rayon təmsilçiləri yarışda uğurlu çıxışları ilə fərqlənməyi bacarıblar. 

Belə ki, idman uğurları ilə tanınan məşqçilər Ravid Mirzəbəyov və Fərid Mirzəbəyovun yetirmələri yarışda yüksək nəticələr əldə ediblər.

11–12 yaş kateqoriyasında 66 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Tahirov bütün görüşlərini qələbə ilə başa vuraraq birinci yerin sahibi olub və qızıl medala layiq görülüb. Eyni zamanda, 13–14 yaş kateqoriyasında 53 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm Mirzəbəyov və Əmirbəy Əmirbəyov üçüncü yerin sahibi olaraq bürünc medal qazanıblar.
 

MMA üzrə məşqçi Arif Şixzadayevin yetirmələri də yarışda uğurlu nəticələr göstəriblər. Qusar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Omar Abdurahmanov 10–11 yaş kateqoriyasında 48 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə yüksəlib və qızıl medala layiq görülüb.


11–12 yaş kateqoriyasında 30 kq çəki dərəcəsində mübarizə aparan Vadim Nemətov isə final mərhələsinə yüksələrək ikinci yerdə qərarlaşıb və gümüş medal qazanıb.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Избранный
22
1
bizim.media

2Источники