RU

Atletiko ilə oyunöncəsi itkilər: BARSA DA HEYƏT PROBLEMİ

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" İspaniya Kral Kubokunun "Atletiko" ilə matçına itkilərlə çıxacaq.

Apasport.az xəbər verir ki, komandanın hücumçuları Markus Reşford və Rafinya zədədən əziyyət çəkirlər.

Onların hər ikisi ölkə kubokunun oyununu buraxacaqlar. Klubdan İspaniya mətbuatına bu barədə məlumat verilib.

Reşford bir neçə gündür ki, əsas komanda ilə məşq etmir. O, diz nahiyəsindən zədəlidir.

Rafinya isə bud nahiyəsindəki gərilmə səbəbindən matça çıxmayacaq. Lakin braziliyalının yaxın müddətdə məşqlərə start verməsi gözlənilir.

Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı fevralın 13-də saat 00:00-da keçiriləcək.

"Yunayted" kapitanı ilə bağlı QƏRARINI VERİB

Salah ərəblərin radarında

Duran Rusiyada ən bahalı futbolçu oldu

Pulişiç İngiltərəyə qayıdır?

"İnter" Dimarko ilə bağlı QƏRARINI VERDİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
1
apasport.az

2Источники