RU

AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırdı

AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Fevralın 8-də AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" – "Araz Bakı UFK" görüşü başa çatdıqdan sonra qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir edib.

Bu hərəkətinə görə onun növbəti 5 oyuna buraxılmaması barədə qərar qəbul olunub.

Избранный
4
11
fanat.az

10Источники