AZ

AFFA hakimləri təhqir edən məşqçini cəzalandırdı

AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Fevralın 8-də AFFA U-14 Liqasında baş tutan “Qaradağ Lökbatan” – “Araz Bakı UFK” oyunu bitdikdən sonra qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir etdiyi üçün növbəti beş oyuna buraxılmayacaq.

Seçilən
9
11
nocomment.az

10Mənbələr