Professor Loretta DiPietro bildirib ki, yeməkdən sonra bir vərdişə yiyələnmək həzm problemlərini əhəmiyyətli dərəcədə azalda bilər.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Infobae" nəşri yayıb.
DiPietro yeməkdən təxminən yarım saat sonra 10–15 dəqiqəlik gəzintiyə çıxmağı tövsiyə edib. Onun sözlərinə görə, bu vərdiş mədəaltı vəzə düşən yükü azaldır və həzmi yaxşılaşdırır.
Mütəxəssis qeyd edib ki, gəzintinin mədə-bağırsaq sistemi ilə bağlı olmayan digər müsbət təsirləri də var. Belə ki, bu vərdiş qanda qlükoza səviyyəsinin kəskin artmasının qarşısını alır, şəkərli diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Bununla yanaşı, DiPietro vurğulayıb ki, bu vərdiş tibbi müalicəni əvəz etmir və ani nəticə vermir.
Aytəkin TOFİQQIZI