RU

"Tottenhem"dən baş məşqçi ilə bağlı qərar - RƏSMİ

Uğursuz mövsüm keçirən "Tottenhem" baş məşqçi Tomas Frankla bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi danimarkalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Tomas Frank mövsümün əvvəlində "Tottenhem"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Londonlular İngiltərə Premyer Liqasında 26 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Избранный
17
1
sportal.az

2Источники