Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Qəbələ" növbəti transferi reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi "Valensiyen"dən dayaq yarımmüdafiəçisi Sambu Sissokonu heyətinə qatıb.
Premyer Liqa klubu 26 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib. O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.