Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sənəd Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində fevralın 11-də imzalanıb.