RU

Bakıdan Kiyevə dəstək: Ukrayna Fövqəladə Hallar Xidmətinə avadanlıq göndərildi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) xidmət bölmələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycandan generatorlar və digər zəruri avadanlıqlar alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi "Facebook" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yardımın təhvil verilməsi mərasimi Ukrayna FHDX-nin rəhbəri Andriy Danik və Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevin iştirakı ilə baş tutub.

Səfir Yuriy Husyev çıxışında bildirib:

"İnsanların həyatını xilas etdiyinizə görə bütün xilasedicilərə təşəkkür edirik. İsitməyə və işığın bərpasına verdiyiniz töhfəyə görə minnətdarıq. Azərbaycanlı qeyri-biganə insanlar və təşkilatlar tərəfindən göstərilən bu yardım, dərin təşəkkürümüzü bildirdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Andriy Sıbıhanın ‘Ukrayna üçün istilik" qlobal təşəbbüsü çərçivəsində cəlb olunub və bu çətin dövrdə Ukraynaya həmrəyliyin növbəti mühüm təzahürüdür".

Öz növbəsində, FHDX-nin rəhbəri Andriy Danik genişmiqyaslı müharibənin ağır dövründə Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan xalqına və hökumətinə səmimi təşəkkürünü ifadə edib.

"Bu vaxtında və zəruri yardım üçün ürəkdən təşəkkür edirik. Təqdim olunan avadanlıq xilasedicilərimizin gündəlik fəaliyyəti üçün son dərəcə böyük əhəmiyyət daşıyır və vətəndaşların həyatının və təhlükəsizliyinin daha effektiv qorunmasına imkan yaradacaq", - deyə Andriy Danik vurğulayıb.

Bundan əlavə, tərəflər Ukrayna ilə Azərbaycan arasında mülki müdafiə və fövqəladə hallara reaksiya sahəsində gələcək əməkdaşlığın mümkün istiqamətləri ətrafında da fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
oxu.az

1Источники