RU

Ağdaşda qəza - 4 yaralı var 

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı avtomobil yol kənarına aşıb.

Nəticədə 1989-cu il təvəllüdlü Süleyman Şəmiyev müxtəlif bədən xəsarətləri ilə Ağdaş rayon xəstəxanasına çatdırılıb. Daha 3 yaralı isə Yevlax rayonundakı tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
13
5
manset.az

7Источники