AZ

Ağdaşda QƏZA: Dörd nəfər xəsarət aldı

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı avtomobil yol kənarına aşıb.
 

Nəticədə 1989-cu il təvəllüdlü Süleyman Şəmiyev müxtəlif bədən xəsarətləri ilə Ağdaş rayon xəstəxanasına çatdırılıb. Daha 3 yaralı isə Yevlax rayonundakı tibb müəssisəsinə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
6
5
bizim.media

7Mənbələr