RU

Ağdaşda avtomobil aşıb, yaralananlar var

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza Bakı–Qazax avtomagistralının rayonun Şirvangöl istirahət mərkəzi yaxınlığından keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Chevrolet” markalı avtomobil aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü Süleyman Şəmiyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digər 3 yaralı isə qonşu Yevlax rayonunun tibb müəssisəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Избранный
26
5
unikal.az

7Источники