RU

Şamaxıda yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat etdi

ŞAMAXI, 10 fevral. TELEQRAF

Şamaxıda yol qəzasında xəsarət alan sərnişin xəstəxanada vəfat edib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, qəza hadisəsi bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib.

“Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan və çoxsaylı bədən xəsarətləri alan 66 yaşlı sərnişin Qabil Sərkərov təcili xəstəxanaya çatdırılıb.

Amma onun həyatını xilas etmək nümkün olmayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraqbildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
39
5
teleqraf.com

10Источники