RU

“Qarabağ” və “Neftçi”dən qələbə – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, əvvəlcə son çempion “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Oyunun başlanma saatı saat 14:30-a nəzərdə tutulsa da, qar səbəbindən qarşılaşma 20 dəqiqə gec – saat 14:50-da start götürüb.

Qarşılaşma “Qarabağ”ın əzmkar qələbəsi ilə başa çatıb – 2:1. Ağdam təmsilçisi qələbə qolunu 90+4-cü dəqiqədə vurub.

Digər qarşılaşmada isə “Neftçi” “Qəbələ”ni qəbul edib. Matç ev sahibinin qələbəsilə başa çatıb – 1:0. Bununla da “ağ-qaralar” xallarının sayını 27-yə çatdıraraq, 6-cı pillədə qərarlaşıb. “Qəbələ” isə 14 xalla 10-cudur.

10 fevral

19:00. “Neftçi” – “Qəbələ” – 1:0

Qol: Emin Mahmudov, 12

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

“Palms Sports Arena”

14:50. “Şamaxı” – “Qarabağ” – 1:2 

Qol: Oruc Məmmədov, 14, (1:0), Joni Montiel, 18 (1:1), Kamilo Duran, 90+4 (1:2)

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Eyyub İbrahimov

Şamaxı şəhər stadionu

Избранный
4
1
idmanxeber.az

10Источники