Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, əvvəlcə son çempion “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Oyunun başlanma saatı saat 14:30-a nəzərdə tutulsa da, qar səbəbindən qarşılaşma 20 dəqiqə gec – saat 14:50-da start götürüb.
Qarşılaşma “Qarabağ”ın əzmkar qələbəsi ilə başa çatıb – 2:1. Ağdam təmsilçisi qələbə qolunu 90+4-cü dəqiqədə vurub.
Digər qarşılaşmada isə “Neftçi” “Qəbələ”ni qəbul edib. Matç ev sahibinin qələbəsilə başa çatıb – 1:0. Bununla da “ağ-qaralar” xallarının sayını 27-yə çatdıraraq, 6-cı pillədə qərarlaşıb. “Qəbələ” isə 14 xalla 10-cudur.
10 fevral
19:00. “Neftçi” – “Qəbələ” – 1:0
Qol: Emin Mahmudov, 12
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
“Palms Sports Arena”
14:50. “Şamaxı” – “Qarabağ” – 1:2
Qol: Oruc Məmmədov, 14, (1:0), Joni Montiel, 18 (1:1), Kamilo Duran, 90+4 (1:2)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu