RU

Gənc rəssamlar Gəncədə bir araya gəliblər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gəncə, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və Azərbaycan Rəssamlar İttifaqının Gəncə regional bölməsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində gənc rəssamların əl işlərindən ibarət sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə çıxış edənlər Gəncə rəssamlıq məktəbinin zəngin ənənələrindən, gənc istedadların yaradıcılıq potensialından və bu kimi tədbirlərin onların inkişafına verdiyi töhfədən danışıblar. Qeyd olunub ki, gənclərin incəsənətə marağının artırılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və yeni istedadların üzə çıxarılması baxımından belə sərgilər mühüm əhəmiyyət daşıyır.

Çıxışlardan sonra bir qrup rəssama Azərbaycan Rəssamlar İttifaqının üzvlük vəsiqələri təqdim olunub.

Daha sonra qonaqlar sərgi ilə tanış olaraq nümayiş etdirilən əsərlərə baxış keçiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
azertag.az

1Источники