RU

Penalti nöqtəsini qazdı, rəqib qol vura bilmədi - Video

style='margin-bottom:10px;'>

Braziliyanın Paulista çempionatında keçirilən "Korintians" - "Palmeyras" derbisi (0:1) qalmaqallı epizodla yadda qalıb.

QOL.az "Goal"a istinadən xəbər verir ki, matçın anti-qəhrəmanı qonaqların yarımmüdafiəçisi Andreas Pereyra olub.

O, "Korintians"ın ulduzu Memfis Depay penalti zərbəsini yerinə yetirməyə hazırlaşarkən, xəlvətcə 11 metrlik nöqtəni ayağı ilə qazaraq zədələyib. Nəticədə zərbə anında ayağı sürüşən niderlandlı hücumçu topu qapıdan yan göndərib.

Maraqlıdır ki, hər iki futbolçu vaxtilə "Mançester Yunayted"də komanda yoldaşı olublar.

Qeyd edək ki, penaltini qaçıran "Korintians" 84-cü dəqiqədə buraxdığı qolla məğlub olub.

Избранный
108
1
teleqraf.com

2Источники